Balakəndə avtomobilin vurduğu qadın xəstəxanada öldü
Hadisə
259
10:39, Bu gün

Balakəndə avtomobilin vurduğu qadın xəstəxanada öldü

Balakəndə avtomobilin vurduğu piyada ölüb.
 
Moderator.az xəbər verir ki, hadisə yanvarın 9-da qeydə alınıb.
 
Sadiq Balagözov idarə etdiyi “VAZ-2115” markalı avtomobillə Balakən rayonunun Qazma kəndindən şəhər istiqamətində hərəkətdə olarkən yolu keçən piyada, 64 yaşlı Cəərey Əliyevanı vurub. Piyada aldığı xəsarətlərdən dünən, yanvarın 14-də xəstəxanada vəfat edib.
 
DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
 
Link kopyalandı!
Son xəbərlər