Sumqayıtda kişi dəm qazından boğulub
Hadisə
173
08:40, Bu gün

Sumqayıtda kişi dəm qazından boğulub

Sumqayıtda 48 yaşlı kişi dəm qazından boğularaq ölüb.
 
Moderator.az xəbər verir ki, hadisə şəhərin 18-ci mikrorayon ərazisində qeydə alınıb.
 
Belə ki, 1978-ci il təvəllüdlü Vəfadar Tapdıq oğlu Abdulzadə hamam otağında dəm qazından zəhərlənərək həyatını itirib.
 
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və müvafiq qurumlar cəlb olunublar.
 
Faktla bağlı araşdırma aparılır.
 
Link kopyalandı!
Son xəbərlər