Gəncədə 37 yaşlı qadın bıçaqlanıb
Hadisə
243
08:35, Bu gün

Gəncədə 37 yaşlı qadın bıçaqlanıb

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
 
Moderator.az xəbər verir ki, şəhər ərazisində qeydə alınan hadisə zamanı 1989-cu il təvəllüdlü Kəmalə Əsgərova bıçaq xəsarətləri alıb. Yaralı qadın xəstəxanalardan birinə çatdırılıb və ona cərrahi müdaxilə olunub.
 
Hazırda zərərçəkənin vəziyyəti həkimlərin nəzarəti altındadır.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
 
Link kopyalandı!
Son xəbərlər