Füzuli rayonunda şirniyyat sexində nöqsanlar aşkarlandı, sahibi cəzalandırıldı
Hadisə
175
17:42, Bu gün

Füzuli rayonunda şirniyyat sexində nöqsanlar aşkarlandı, sahibi cəzalandırıldı

Füzuli rayonunun Kərimbəyli kəndində fəaliyyət göstərən İmanova Fəxriyyə Süleyman qızına məxsus "Məsumə" şirniyyat emalı sexində yoxlama keçirilib.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, baxış zamanı müəssisədə divar səthlərinin asan təmizlənən materialla üzlənmədiyi, emal prosesində istifadə edilən suyun filtrdən keçirilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər