Şirvanda quşçuluq təsərrüfatına məxsus tikili yanıb
Hadisə
132
13 Jan 2026 | 23:07

Şirvanda quşçuluq təsərrüfatına məxsus tikili yanıb

Şirvan şəhərində quşçuluq təsərrüfatına məxsus tikili yanıb.

Moderator.az "Report"a istinadən xəbər verir ki, hadisə Çılpaqlı qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakininə məxsus tikilidə naməlum səbəbdən anidən yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından Mühafizə Hissəsinə məxsus yanğınsöndürən və canlı qüvvə çəlb edilib. Yanğının qısa zamanda söndürülərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Məlumata görə, yanğın söndürülən zaman tikilidə quş olmayıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər