21:48
7°C
Bakı
Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
Moderator.az xəbər verir ki, Dəllər qəsəbə sakini, 2006-cı il təvəllüdlü Mövlan İsmayılov münaqişə zəminində eyni qəsəbədə yaşayan, Türkmənistan vətəndaşı, 25 yaşlı Aydogduyev Meylis Səfərmurad oğluna bıçaqla xəsarət yetirib.
Yaralı Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilkin tibbi yardım göstərilib. Hazırda vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.