Beyləqanda yeniyetməyə qarşı seksual hərəkətlərdə ittiham olunan şəxslər həbs edilib
Hadisə
341
17:36, Bu gün

Beyləqanda yeniyetməyə qarşı seksual hərəkətlərdə ittiham olunan şəxslər həbs edilib

Beyləqanda 15 yaşlı yeniyetməyə qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli qismində saxlanılan şəxslər barəsində qərar verilib.

Moderator.az xəbər verir ki, bununla bağlı təqdimata Beyləqan Rayon Məhkəməsində baxılıb.

Qərara əsasən, təqdimat təmin edilib, Hikmət Əkbərli, İkram Süleymanlı, Həzi Sadıqov, Xəyal Qəhrəmanov, Elgün Aslanlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Beyləqan rayonunda 15 yaşlı yeniyetməyə qarşı seksual xarakterli hərəkətlər edilməsilə bağlı polisə məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb və keçirilən əməliyyatla 5 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 152.4.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə, təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.(apa)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər