Bir ay öncə təyin edilən başçı buna görə işdən çıxarılıb
Hadisə
392
17:30, Bu gün

Bir ay öncə təyin edilən başçı buna görə işdən çıxarılıb

Bakının Nəsimi rayonunun ayyarımlıq icra başçısı Elxan İbrahimovun işdən çıxarılmasının təfərrüatı məlum olub.

Moderator.az Axar.az-a istinadən xəbər verir ki, E.İbrahimovun işdən azad edilməsinə səbəb iş adamlarından böyük məbləğdə pul tələb etməsi olub.

Bildirilir ki, yeni vəzifəsinə təyin olunan kimi Elxan İbrahimov məşhur “Ağçiçəyim” mağazalar şəbəkəsinin üzərinə 200 min manat öhdəlik qoyub.

Şirkət rəhbərliyi də buna görə ölkə rəhbərliyinə şikayət edib. Ölkə başçısı isə dərhal qərarını verib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər