Qusarda avtomobil məktəbliləri vurub, xəsarət alanlar var
Hadisə
725
17:09, Bu gün

Qusarda avtomobil məktəbliləri vurub, xəsarət alanlar var

Qusar şəhərində məktəblilərin vurulması ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az-ın məlumatına görə, hadisə 2 nömrəli məktəbin qarşısında baş verib.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən iki məktəblini vurub.

Hadisə nəticəsində 2009-cu il təvəllüdlü E.Piriyeva və 2010-cu il təvəllüdlü A.Vəlixanova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər