Xocalıda yanğına səbəb olan şəxs saxlanılıb
Hadisə
335
17:05, Bu gün

Xocalıda yanğına səbəb olan şəxs saxlanılıb

Yanvarın 13-də Xocalı rayon Dağyurdu kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

DİN Mətbuat Xidmətinin regional qrupundan Moderator.az-a bildirilib ki, araşdırmalar nəticəsində yanğının Xocalı rayonundakı fermalardan birində çoban işləyən, 1977-ci il təvəllüdlü Babaxan Əhmədovun siqaret kötüyünü yerə atması nəticəsində baş verdiyi məlum olub.

Hadisə nəticəsində ümumilikdə 5 hektar sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

B. Əhmədov barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər