Bakıda 22 kiloqram narkotik aşkarlanıb - VİDEO
Hadisə
245
16:20, Bu gün

Bakıda 22 kiloqram narkotik aşkarlanıb - VİDEO

Bakıda 22 kiloqram narkotik aşkarlanıb.

DİN-in Mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Sabunçu rayonunda keçirilən növbəti tədbir zamanı 27 yaşlı İlkin Hüseynov saxlanılıb.

Ondan 22 kiloqram 180 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. İ.Hüseynovun şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri əldə etdiyi və satış məqsədilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyi planlaşdırdığı məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər