17:30
8°C
Bakı
Bakıda tikintidə ölüm hadisəsi baş verib.
Moderator.az oxu.az-a istinadən xəbər verir ki, hadisə yanvarın 12-də saat 12 radələrində paytaxtın Nizami rayonu, 8-ci kilometr qəsəbəsində qeydə alınıb.
Həmin ünvanda aparılan tikintidə usta işləyən, 1986-cı il təvəllüdlü Əsgər Bəhruz oğlu Əsgərxanov binadan yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.