Naxçıvanda qəza - 4 nəfər xəsarət aldı
Hadisə
295
13:08, Bu gün

Naxçıvanda qəza - 4 nəfər xəsarət aldı

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb.
 
Moderator.az xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində baş verib. 85-AD-506 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillə 69-BF-990 dövlət nömrə nişanlı "Toyota" markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Qəzada Ceyhun Talıbov, Səməd Bilalov, Süleyman Bəylərov və İlkin Məmiyev xəsarət alaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
 
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər