Bizi sosial şəbəkələrdən izləyin:
Ağdamda əkin sahəsində kişi meyiti tapılıb.
Moderator.az APA-ya istinadla bildirir ki, hadisə rayonun Xındırıstan kəndi ərazisində qeydə alınıb. Meyiti tapılan şəxsin Baharlı qəsəbə sakini 40 yaşlı Taleh Məmmədov olduğu bildirilir.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.