03:26
7°C
Bakı
Lənkəranda avtobus sürücüsü sükan arxasında dünyasını dəyişib.
Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Şıxakəran kəndi ərazisində baş verib.
Lənkəran sakini Tofiq Abbasovun cansız bədəni avtobusun içərisində aşkar olunub.
İlkin məlumata görə, o, Şıxakəran–Lənkəran marşrutu üzrə işini başa vurduqdan sonra avtobusu yaşadığı evin həyətinə salıb. Naməlum səbəbdən avtobusun içərisində ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit aidiyyəti üzrə təhvil verilib. Tofiq Abbasovun ölümünün dəqiq səbəbləri ekspertiza rəyindən sonra məlum olacaq.