19:32
13°C
Bakı
2023-cü ilin sentyabrında Kəlbəcərdə hərbçi yoldaşı tərəfindən qətlə yetirilən əsgər Rüfət Ağayevin ailəsində daha bir faciə yaşanıb.
Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, R.Ağayevin anası Gülnarə Ağayeva avtomobil qəzasında həlak olub. Onu Suraxanı rayonu ərazisində maşın vuraraq öldürüb.
Qeyd edək ki, ötən il Rüfət Ağayevi mübahisə zəminində öldürən əsgər yoldaşı Tale Qurbanov məhkəmənin hökmü ilə 16 il həbsə məhkum edilmişdi.
