Bakıda soyğunçuluq və oğurluq edənlər tutuldu
Hadisə
933
15:32, Bu gün

Bakıda soyğunçuluq və oğurluq edənlər tutuldu

Nəsimi rayonunda soyğunçuluq hadisəsi olub.
 
Moderator.az xəbər verir ki, zərərçəkən polisə müraciət edərək bildirib ki, naməlum şəxs ona məxsus mobil telefonu açıq talama yolu ilə ələ keçirib.
Polis əməkdaşları qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən 20 yaşlı V.Qədiyevi müəyyən edərək saxlayıblar.
 
Rayon ərazisində keçirilən digər tədbir zamanı isə iki nəfərin ümumi dəyəri 1300 manat olan noutbuk və mobil telefonunu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum edilmiş 31 yaşlı K.Süleymanov da saxlanılıb.
 
Hər iki faktla bağlı aşdırma aparılır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər