“Bonte” restoranın tavanı uçdu - İşçi xəsarət aldı
Hadisə
1034
15:04, Bu gün

“Bonte” restoranın tavanı uçdu - İşçi xəsarət aldı

Dünən axşam saatlarında Bakının Nizami küçəsində yerləşən “Bonte” adlı restoranın tavanı uçub.
 
Moderator.az Gununsesi.info-ya istinadən xəbər verir ki, hadisə nəticəsində işçilər xəsarət alıb.
 
Restorana çağırılmış Təcili Tibbi Yardım başından xəsarət alan əməkdaşları xəstəxanaya çatdırıb, onların başına tikiş qoyulub.
 
Sayt hadisə ilə bağlı “Bonte”nin sahibi ilə əlaqə saxlaya bilməyib, lakin restoranın administratoru Sani Quliyev faktı təsdiq edib.
 
O bildirib ki, tavanın çökməsi nəticəsində 1 nəfər yaralanıb.
 
Faktla bağlı araşdırma aparılır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər