03:23
10°C
Bakı
Tovuzda sərnişin avtobusu ilə minik maşını toqquşub.
Moderator.az xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınııb.
Bakı istiqamətinə hərəkət esən "Mercedes" markalı avtomobil "VAZ2106" markalı maşınla toqquşub.
Qəza zamanı "VAZ"-ın sürücüsü 1988-ci il təvəllüdlü Zaur Həsənov müxtəlif bədən xəsarətləri alıb. Sərnişin avtobusunda isə yaralı yoxdur. Sərnişinlər digər mikroavtobusla Bakı şəhərinə yola salınıb.
Qəza ilə bağlı araşdırma başlanılıb.


