Oğuzda yük və minik avtomobilləri toqquşub: Xəsarət alanların adları məlum oldu
Hadisə
1651
11 Jan 2026 | 16:44

Oğuzda yük və minik avtomobilləri toqquşub: Xəsarət alanların adları məlum oldu

Oğuz rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların adları məlum olub.

Moderator.az xəbər verir ki, onlar KIA-nın sərnişinləri - 1978-ci il təvəllüdlü, Oğuz rayon sakini Mətanət Ustakişiyeva, 1967-ci il təvəllüdlü, Oğuz rayon sakini İlqar Abışov və "Mercedes Vito"nun sürücüsü 1994-cü il təvəllüdlü Ayxan Nəsibovdur.

Oğuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az "Report"a istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Kərimli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes Vito" markalı yük avtomobili ilə KIA markalı minik avtomobili toqquşub.

Qəza zamanı bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Əraziyə polis əməkdaşları cəlb olunublar.

Link kopyalandı!
Son xəbərlər