Araq almağa pulu çatmadığı üçün əsəbiləşən kişi HƏBS OLUNDU
Hadisə
1243
10 Jan 2026 | 19:43

Araq almağa pulu çatmadığı üçün əsəbiləşən kişi HƏBS OLUNDU

Şəmkirdə küçədə söyüş söyən kişi həbs olunub.
 
Moderator.az xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində, mərkəzi küçədə qeydə alınıb.
 
58 yaşlı Aqil Kərəmov (ad və soyad şərtidir) spirtli içki (araq) almaq istəsə də, pulu çatmayıb. Bundan əsəbiləşərək, özündən çıxıb və söyüşlər söyüb. Polis əməkdaşları ona yaxınlaşaraq, irad bildirsələr də, Aqil hərəkətlərinə davam edib.
 
Nəticədə Aqil Kərəmov saxlanılıb və barəsində müvafiq maddə ilə inzibati protokol tərtib olunub.
 
Onun sözlərinə görə, 3-4 aydır ki, içkisiz dura bilmir. Aludəçi olduğundan içki tapa bilməyəndə insanları hədələyərək, ona araq yaxud digər içkilər almağı tələb edir. Aqil əməlindən peşman olduğun deyib və məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edib.
 
Şəmkir rayon Məhkəməsi Aqil Kərəmov barəsində 15 gün müddətinə inzibati həbs cəzası təyin edilib. /Lent.az/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər