Qarlı hava Gədəbəydə qəzaya səbəb oldu
Hadisə
749
10 Jan 2026 | 17:34

Qarlı hava Gədəbəydə qəzaya səbəb oldu

Gədəbəydə minik maşını ilə yük avtomobili toqquşub. 
 
Moderator.az-ın məlumatına görə, hadisə Şəmkir - Gədəbəy yolunun rayon ərazisindən keçən hisəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Hyundai" markalı yük avtomobili ilə "VAZ 2106" markalı minik maşını toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. İlkin məlumata görə, qəzaya səbəb yolun qarlı olması olub.
 
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Fakt araşdırılır.
 
Link kopyalandı!
Son xəbərlər