02:49
6°C
Bakı
Goranboyda 56 yaşlı kişi zəhərlənərək ölüb.
Moderator.az xəbər verir ki, hadisə ötən gün rayonun Dəliməmmədli şəhəri, M.Əsədov küçəsi, ev 10 ünvanında qeydə alınıb.
Məlumata görə, sözügedən mənzildə yaşayan 1970-ci il təvəllüdlü Namiq Nemət oğlu İsmayılzadə hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.