Gəncədə yeniyetmə bıçaqlanıb
Hadisə
1303
10 Jan 2026 | 09:00

Gəncədə yeniyetmə bıçaqlanıb

əncədə bıçaqlanma hadisəsi baş verib.

Moderator.az-ın məlumatına görə, hadisə şəhər ərazisində yerləşən orta məktəblərin birinin qarşısında qeydə alınıb.

Belə ki, şəhər sakini 2010-cu il təvəllüdlü N. Məmmədov bel nahiyəsinin kəsilmiş deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.

Dərhal ona yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Yeniyetmənin hansı şəraitdə bıçaq xəsarəti alması məlum deyil.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər