01:24
6°C
Bakı
Gəncədə yol qəzası baş verib.
Moderator.az-ın məlumatına görə, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.
Belə ki, "Ford" markalı avtomobillə "Xəzər" markalı avtomobil toqquşub. Qəza nəticəsində maşınlardan biri avtomobil ehtiyat hissələri mağazasına, digəri isə stomatoloji kabinetə çırpılıb.
İlkin məlumata görə, 2002-ci il təvəllüdlü Samir Məmmədov və 2001-ci il təvəllüdlü Emil Bayramov xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.