Gədəbəydə avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb
Hadisə
660
09 Jan 2026 | 21:40

Gədəbəydə avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb

Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az-ın məlumatına görə, "KamAZ" markalı yük maşını ilə "Mercedes" markalı minik avtomobil toqquşub.

Qəza nəticəsində 1969-cu il təvəllüdlü Samirə Məmmədova aldığı xəsarətdən dünyasını dəyişib.

Daha bir nəfər - 1991-ci il təvəllüdlü Fürqan Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Link kopyalandı!
Son xəbərlər