00:19
6°C
Bakı
"Azərşəkər" MMC-nin İdarə Heyətinin sədri olmuş Anar Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib.
Moderator.az Qafqazinfo.az-a istinadla xəbər verir ki, Mehdiyev xüsusilə külli miqdarda (500 min manatdan çox) mənimsəmədə ittiham olunur.
A.Mehdiyev barəsində məhkəməyə qədər - ilkin istintaq müddətdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işinin təfərrüatı barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Anar Mehdiyev 2024-cü ilə qədər sözügedən vəzifəni icra edib.