Anar Mehdiyevə cinayət işi açıldı - Yarım milyondan çox yeyinti
Hadisə
740
09 Jan 2026 | 18:06

Anar Mehdiyevə cinayət işi açıldı - Yarım milyondan çox yeyinti

"Azərşəkər" MMC-nin İdarə Heyətinin sədri olmuş Anar Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib.

Moderator.az Qafqazinfo.az-a istinadla xəbər verir ki, Mehdiyev xüsusilə külli miqdarda (500 min manatdan çox) mənimsəmədə ittiham olunur.

A.Mehdiyev barəsində məhkəməyə qədər - ilkin istintaq müddətdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət işinin təfərrüatı barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Anar Mehdiyev 2024-cü ilə qədər sözügedən vəzifəni icra edib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər