Xətai rayonunda əməliyyat zamanı 20 kq narkotik vasitə aşkarlandı - VİDEO
Hadisə
731
09 Jan 2026 | 17:39

Xətai rayonunda əməliyyat zamanı 20 kq narkotik vasitə aşkarlandı - VİDEO

Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Tədbir zamanı 25 yaşlı Bakı şəhər sakini Hüseyn Məmmədzadə saxlanılıb.

Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

 

Bildirilib ki, onun əlində olan bağlamaya baxış zamanı 12 kiloqram 840 qram marixuana və 7 kiloqram 290 qram tiryək aşkarlanıb. H.Məmmədzadə ifadəsində narkotikləri sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan naməlum İran vətəndaşından paytaxt ərazisində satmaq məqsədilə əldə etdiyini bildirib.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər