Ötən il Azərbaycanda avtoqəzalarda 689 nəfər ölüb
Hadisə
735
09 Jan 2026 | 17:00

Ötən il Azərbaycanda avtoqəzalarda 689 nəfər ölüb

2025-ci ildə ölkə ərazisində 1 252 yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Hərəkətin təhlükəsizliyinin təbliği şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev məlumat verib.

Onun sözlərinə görə, bu hadisələr nəticəsində 689 nəfər ölüb.

Qeyd edək ki, 2024-cü ildə yol-nəqliyyat hadisələrinin sayı 1 427, ölənlərin sayı isə 764 nəfər olmuşdu.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər