23:56
6°C
Bakı
2025-ci ildə ölkə ərazisində 1 252 yol-nəqliyyat hadisəsi baş verib.
Moderator.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Hərəkətin təhlükəsizliyinin təbliği şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev məlumat verib.
Onun sözlərinə görə, bu hadisələr nəticəsində 689 nəfər ölüb.
Qeyd edək ki, 2024-cü ildə yol-nəqliyyat hadisələrinin sayı 1 427, ölənlərin sayı isə 764 nəfər olmuşdu.