Bakıda binanın eyvanı uçub
Hadisə
742
09 Jan 2026 | 16:20

Bakıda binanın eyvanı uçub

Bakının Yasamal rayonunda beşmərtəbəli binanın 4-cü mərtəbəsində eyvan uçaraq yerə düşüb.

Moderator.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə İnşaatçılar küçəsi, 5 ünvanında yerləşən Xəzər Dəniz Gəmiçiliyinin işçiləri üçün vaxtilə tikilən yataqxanada qeydə alınıb.

Hazırda əraziyə 157 saylı Mənzil İstismar Sahəsinin əməkdaşları gələrək təhlükənin aradan qaldırılması üçün tədbirlər görürlər.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər