Qadını maşınla vurub öldürən sürücü qaçdı
Hadisə
1369
09 Jan 2026 | 12:30

Qadını maşınla vurub öldürən sürücü qaçdı

Bakıda daha bir şəxs yol qəzasının qurbanı olub.
 
Moderator.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə dünən Nizami rayonu, Qara Qarayev prospekti 80A ünvanının qarşısında qeydə alınıb.
 
Belə ki, naməlum avtomobil 1948-ci il təvəllüdlü Mahirə Əhməd qızı Bayramovanı vurub. Piyada təcili tibbi yardım vasitəsilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib və gecə saatlarında vəfat edib.
 
Qəzanı törədən sürücünün və avtomobilinin axtarışları həyata keçirilir.
 
Faktla bağlı araşdırma aparılır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər