Bizi sosial şəbəkələrdən izləyin:
Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Moderator.az xəbər verir ki, hadisə yanvarın 8-də Goranboy rayonu ərazisində qeydə alınıb.
Məlumata görə, 2004-cü il təvəllüdlü Ələsov Elgiz İlkin oğlu idarə etdiyi avtomobillə hərəkətdə olarkən yolun sağ kənarından yolun hərəkət hissəsinə keçən piyada, 1947-ci il təvəllüdlü Həsənov Elman Rəhim oğlunu vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Goranboy rayon Polis Şöbəsinin İstintaq Bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.