Bakıda orta məktəbdə müəllim direktor müavinini döydü
Hadisə
1355
09 Jan 2026 | 09:12

Bakıda orta məktəbdə müəllim direktor müavinini döydü

Qaradağda yerləşən Azər Namazov adına 180 nömrəli tam orta məktəbdə insident baş verib.
 
Moderator.az Teleqraf.az-a istinadla xəbər verir ki, hadisə tədris prosesi zamanı qeydə alınıb.
 
Riyaziyyat müəllimi məktəbin direktor müavinini döyüb. Nəticədə direktor müavini çənə və bədənin müxtəlif nahiyələrindən xəsarətlər alıb.
 
Hadisə məktəbdə olan digər müəllimlər və şagirdlər tərəfindən müdaxilə edilərək sakitləşdirilib.
 
Məlumata görə, riyaziyyat müəllimi məsuliyyətə cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər