Goranboyda avtomobil piyadanı vuraraq öldürüb
Hadisə
1322
08 Jan 2026 | 20:40

Goranboyda avtomobil piyadanı vuraraq öldürüb

Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az-ın məlumatına görə, qəza rayon ərazisində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2107" markalı avtomobil Kəlbəcər rayon sakini, hazırda Goranboyda yaşayan 1947-ci il təvəllüdlü E. Həsənovu vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər