Xırdalanda “Range Rover”ə qəsdən 11 min manatlıq ziyan vuran şəxs saxlanılıb
Hadisə
1254
08 Jan 2026 | 16:59

Xırdalanda “Range Rover”ə qəsdən 11 min manatlıq ziyan vuran şəxs saxlanılıb

Abşeron rayonu Xırdalan şəhəri ərazisində yaşayan sakinlərdən biri evinin qarşısında saxladığı “Range Rover” markalı avtomobilinin şüşələri və arxa işıqlarının sındırıldığı, həmçinin nəqliyyat vasitəsinin şinlərinin qəsdən yararsız hala salındığı barədə polisə məlumat verib.

Daxili İşlər Nazirliyindən Moderator.az-a verilən məlumata görə, o, şikayətində hadisə zamanı əmlakına 11000 manat maddi ziyan dəydiyini bildirib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən 22 yaşlı C.Hüseynov saxlanılıb. Araşdırmalarla hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi məlum olub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər