Bakıda hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb
Hadisə
1471
08 Jan 2026 | 16:50

Bakıda hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb

Paytaxt sakini polisə müraciət edərək tanışının ondan hədə-qorxu yolu ilə pul tələb etdiyi barədə məlumat verib.

Moderator.az-ın məlumatına görə, polis əməkdaşları tərəfindən Xətai rayonunda keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı C.Mikayılov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs zərərçəkəni kəsici-deşici alətlə hədələyib və bu yolla ondan bir müddət əvvəl verdiyi 350 manatı tələb edib.

Nərimanov rayonunda isə zərərçəkənin yolun kənarında saxladığı qapısı açıq qalmış “SangYong” markalı avtomobildən 1500 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən, əvvəllər eyni əmələ görə məhkum olunmuş 20 yaşlı Ş.Mahmudov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər