Dələduzluq edən SMM polis tərəfindən saxlanıldı
Hadisə
1512
08 Jan 2026 | 12:26

Dələduzluq edən SMM polis tərəfindən saxlanıldı

Dələduzluqda iitiham edilən SMM polis tərəfindən saxlanılıb.
 
DİN-in Mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, özünü sosial media meneceri kimi təqdim edərək müxtəlif mağaza və obyekt sahiblərinə qarşı dələduzluq edən 26 yaşlı Aysu Hüseynova Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
 
O, həmin məkanların sosial şəbəkələrdə reklamları təşkil edəcəyi barədə yalan vədlər verərək zərərçəkənlərdən *16379* manat pul vəsaitini əldə keçirib. Daha sonra A.Hüseynova üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib onlarla əlaqəni kəsib. Araşdırmalarla saxlanılan şəxsin bu üsulla ümumilikdə 13 nəfəri aldatdığı müəyyən edilib.
 
Vətəndaşlardan daxil olan şikayətlərlə bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər