Füzuli və Cəbrayıl rayonları ərazisində güclü yanğın olub - YENİLƏNİB
Hadisə
2393
08 Jan 2026 | 08:58

Füzuli və Cəbrayıl rayonları ərazisində güclü yanğın olub - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri, Əhmədalılar qəsəbəsi, Qazaxlar və Mirzənağılı kəndləri istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
 
Moderator.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
 
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq olaraq Cəbrayıl və Füzuli Rayon Yanğından Mühafizə hissələrinin qüvvələri cəlb olunub.
 
Hazırda əsasən kol-kosdan ibarət sahələrdəki yanğınların söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
 
Əlavə məlumat veriləcək.
 
00:01
 
Cəbrayıl ərazisində başlayan yanğın sərhəd boyunca yayılıb.
 
Moderator.az bildirir ki, yanğın hadisəsi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazində başlayıb və Füzuli rayon Qazaxlar, Mirzənağılılar kəndlərinə qədər yayılıb.
 
Geniş ərazilərə yayılan yanğın hazırda sərhəd boyunca davam edir. Yanğın baş verən əraziyə FHN-nin Füzuli rayonunun yanğınsöndürən bölməsinin 3 maşını şəxsi heyətlə, Cəbrayıl rayonunun isə iki yanğınsöndürən bölməsinin avtomobili şəxsi heyətlə cəlb olunub.
 
Hazırda yanğın və yanğınsöndürmə əməliyyatları davam etdirilir.
 
Faktla bağlı araşdırma aparılır.
 
 
(teleqraf)
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər