23:17
5°C
Bakı
Hacıqabulda yaşlı kişi yaşadığı evin həyətində ölü vəziyyətdə aşkarlanıb.
Moderator.az xəbər verir ki, hadisə rayonun Birinci Udullu kəndində qeydə alınıb.
Məlumata görə, 1955-ci il təvəllüdlü Əsəd Abdullayev yaşadığı evin həyətindəki tikilidə ölü halda tapılıb. Onun hansı səbəblə öldüyü bəlli deyil.
Bildirilir ki, Ə. Abdullayev son vaxtlar səhhətində yaranan problemlərlə əlaqədar müalicə alırmış.
Faktla bağlı araşdırma aparılır.