Qəzada kömək etməyənləri söydü, həbs olundu - ASTARADA
Hadisə
1916
07 Jan 2026 | 12:38

Qəzada kömək etməyənləri söydü, həbs olundu - ASTARADA

Astarada yol qəzası zaman əsəbiləşən gənc həbs olunub.

Moderator.az xəbər verir ki, hadisə rayonun Təngərüd kəndi ərazisində qeydə alınıb.

Kənd ərazisində avtomobil qəza törədib və sakinlər, eləcə də yoldan keçənlər dayanaraq, qəzaya baxıblar. Bundan əsəbiləşən 24 yaşlı Bəxtiyar Sultanov (ad və soyad şərtidir) heç bir kömək etmədən durub baxanlara qışqıraraq, nalayiq ifadələr işlədib. Bu əməlinə görə, Bəxtiyar polis tərəfindən saxlanılıb və barəsində inzibati protokol tərtib olunub.

Bəxtiyar Sultanov ifadəsində peşman olduğu və bir daha belə səhv etməyəcəyini deyib.

Astara rayon Məhkəməsinin qərarı ilə onun barəsində 8 gün müddətinə inzibati qaydada həbs cəzası verilib.

 

(Lent.az)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər