Bakıda sahibsiz itlər kabusu: Təkcə bir qəsəbədə 65 adamı dişləyiblər
1880
07 Jan 2026 | 12:31

Bakıda sahibsiz itlər kabusu: Təkcə bir qəsəbədə 65 adamı dişləyiblər

"Son 1 ay ərzində Bakıxanov qəsəbəsində yerləşən mərkəzi poliklinikaya 65 nəfər it dişləməsi ilə əlaqədar müraciət edib".

Moderator.az xəbər verir ki, bunu Modern.az-a 27 saylı Sabunçu II seçki dairəsinin deputatı Arzuxan Əlizadə bildirib:

"Rayon ərazisində sahibsiz itlərlə bağlı ciddi problem var. Mənə seçicilər sahibsiz itlərlə bağlı müraciət etdilər. Məlum oldu ki, ötən 1 ay ərzində Bakıxanov qəsəbəsində yerləşən poliklinikaya 65 nəfər it dişləməsi ilə bağlı müraciət edib. Bu, çox ciddi məsələdir".

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər