Xırdalanda parkda səs-küy salan gənc həbs edildi
Hadisə
1743
07 Jan 2026 | 10:34

Xırdalanda parkda səs-küy salan gənc həbs edildi

Xırdalan şəhərində gecəyarısı parkda səs-küy salan şəxs həbs edilib.
 
Moderator.az xəbər verir ki, hadisə yanvarın 6-da, gecə saat 2 radələrində Heydər Əliyev parkında baş verib.
 
Ağcabədi rayon sakini, 2004-cü il təvəllüdlü Vüsal Babayev (ad-soyad şərti verilib – red.) dostları ilə ucadan danışıb, dava ediblər. O, polis əməkdaşının ictimai asayişin mühafizəsi üzrə qanuni tələblərinə qəsdən tabe olmayıb.
 
Babayev izahatında göstərib ki, hadisə baş verən vaxt onlar arasında dava-dalaş olmayıb, yalnız uca səslə danışaraq gülüblər: “Yaşadığımız ünvandan çıxarıldığımız üçün park ərazisində gəzişmişik. Bu zaman polis əməkdaşları bizə yaxınlaşaraq polis bölməsinə dəvət etdilər. Polis əməkdaşlarının qanuni tələblərinə tam şəkildə əməl etmişəm. Heç bir müqavimət göstərmədən polis bölməsinə getmişəm. Hadisə zamanı içkinin təsiri altında olmamışam”.
 
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə protokol yazılıb.
 
İş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.
 
Məhkəmənin qərarı ilə Babayev 8 gün müddətinə inzibati qaydada həbs edilib. /Teleqraf/
 
Link kopyalandı!
Son xəbərlər