Polkovnik-leytenant saxlanıldı - İki ay əvvəl təqaüdə çıxmışdı
1754
06 Jan 2026 | 16:37

Polkovnik-leytenant saxlanıldı - İki ay əvvəl təqaüdə çıxmışdı

Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizə Xidmətinin sabiq şöbə rəisi polkovnik-leytenant Zaur Gülməmmədov saxlanılıb.

Moderator.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Z.Gülməmmədova qarşı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlanılıb.

Polkovnik-leytenant iki ay əvvəl vəzifəsindən azad edilərək təqaüdə göndərilib. O, işlədiyi müddətdə yol verdiyi qanunsuzluqlarla bağlı ittiham olunur.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər