Şəmkirdə içki almaq üçün insanları hədələyən keçmiş məhkum həbs edildi
1618
06 Jan 2026 | 11:54

Şəmkirdə içki almaq üçün insanları hədələyən keçmiş məhkum həbs edildi

Şəmkir rayonunda sakinlərdən içki almaq üçün pul tələb edən şəxs həbs edilib.
 
Moderator.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə yanvarın 2-də rayonun Kür qəsəbəsində baş verib.
 
1968-ci il təvəllüdlü Yavər Nəsibov (ad-soyad şərti verilib – red.) qəsəbənin mərkəzi küçəsində ucadan nalayiq ifadələr işlədib.
 
Şəmkir Rayon Polis Şöbəsində izahat verən Nəsibov bildirib ki, yanvarın 2-də, saat 18 radələrində qəsəbədə olan zaman spirtli içki içmək istəyib:
 
“Lakin pulum olmadığı üçün əsəbləşdim və nə danışdığımı bilmədim. Öz-özümə söyüşlər söymüşəm. Həmin vaxtı Kür Polis Bölməsinin əməkdaşları mənə yaxınlaşdı, özlərini təqdim etdilər. Mən isə əsəbiləşərək nalayiq ifadələr işlətdim. 3-4 aydır ki, spirtli içki qəbul etmədən dayana bilmirəm”.
 
Nəsibovun sözlərinə görə, içki aludəçisidir və içki tapa bilməyəndə öz hərəkətlərini nəzarətdə saxlaya bilməyib: “Bu zaman insanlara hədə-qorxu gəlməklə və hədələməklə mənə içki almağı tələbə edirəm. Bununla belə ictimai qaydanı pozaraq səs-küy salmağımla bağlı hərəkətlərimdən səmimi peşmanam”.
 
Məlum olub ki, Y.Nəsibov əvvəllər Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə mühakimə edilib və 10 ildən çox cəza çəkib.
 
Şəmkir Rayon Məhkəməsinin qərarı ilə Əmirov 15 gün müddətinə inzibati qaydada həbs edilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər