Keçmiş məhkum evdən külli miqdarda qızıl və pul oğurladı
Hadisə
1357
05 Jan 2026 | 11:58

Keçmiş məhkum evdən külli miqdarda qızıl və pul oğurladı

Yanvarın 4-də Masallı rayonu ərazisində quldurluq cinayəti qeydə alınıb.
 
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Moderator.az-a verilən məlumata görə, naməlum şəxs rayon ərazisində mənzillərdən birinə daxil olaraq zərərçəkəni ona xəsarət yetirəcəyi və mənzili yandıracağı ilə hədələyib.
 
O, bu yolla evdən 33 400 manat dəyərində qızıl-zinət əşyalarını, 2000 ABŞ dolları, 10500 manatı və bir ədəd mobil telefonu ələ keçirərək hadisə yerindən qaçıb.
 
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı Hüseyn Məmmədov saxlanılıb.
 
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
 
Link kopyalandı!
Son xəbərlər