Ələt–Astara magistralında ağır yol-nəqliyyat hadisəsi baş verdi
1395
04 Jan 2026 | 21:30

Ələt–Astara magistralında ağır yol-nəqliyyat hadisəsi baş verdi

Ələt–Astara magistral avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
 
Moderator.az xəbər verir ki, ilkin məlumata əsasən, əks istiqamətlərdə hərəkətdə olan “KamAZ” markalı yük avtomobili ilə “Hyundai” markalı minik avtomobili toqquşub.
 
Güclü zərbə nəticəsində “Hyundai” markalı avtomobil ciddi şəkildə deformasiyaya uğrayıb, “KamAZ” isə idarəetmədən çıxaraq yol kənarına düşüb. Qəza səbəbindən ərazidə nəqliyyatın hərəkətində qısa müddətli çətinlik yaranıb.
 
Hadisə zamanı xəsarət alanların olub-olmaması ilə bağlı hələlik rəsmi məlumat verilməyib.
 
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Link kopyalandı!
Son xəbərlər