Xocalıda yolda avtomobildə qalan vətəndaşlara köməklik göstərilib - VİDEO
Hadisə
1276
04 Jan 2026 | 15:15

Xocalıda yolda avtomobildə qalan vətəndaşlara köməklik göstərilib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xocalı rayonu, Baharlı kəndi ərazisində yolların buz bağlaması səbəbindən vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən Moderator.az-a verilən xəbərər görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Yanğınsöndürən-xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən hərəkətini davam etdirə bilməyən “Azsamand” markalı minik avtomobilinin hərəkəti təmin edilib və vətəndaşlara müvafiq köməklik göstərilib.

 

Link kopyalandı!
Son xəbərlər