Sumqayıtda altı avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib
Hadisə
1347
04 Jan 2026 | 14:40

Sumqayıtda altı avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib

Sumqayıt şəhərində altı avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az "Report"a istinadən məlumat verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.

İlkin məlumata görə, iki "Opel", "Toyota Prius", "VAZ-2104", "Changan" və "BMW" markalı minik avtomobilləri toqquşub. Qəzaya səbəb kimi sürücülər tərəfindən ara məsafəsinin gözlənilməməsi göstərilir.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Link kopyalandı!
Son xəbərlər